Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
25 Fevral , 2020
25 fevral 2020-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında 26 fevral Xocalı soyqırımı münasibətilə tədbir keçirildi.Tədbirdə şəhər 3 saylı və İsfəndiyar Zülalov adına orta məktəbin şagirdləri,kitabxana işçiləri iştirak edirdilər.Mərkəzi kitabxananın direktoru Əlhəddin Nəzərov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı 28 il bundan əvvəl,1992-ci il fevralın 26-da Xocalı şəhərindən gələn qara və acı xəbərlə sarsıldı.Ermənistan dövlətinin təcavüzkar siyasətinə və himayəsinə arxalanan Dağlıq Qarabağda yerləşən erməni separatçı qüvvələri Xocalı şəhərində yüzlərlə soydaşımızı məhz etnik məınsubiyyəti səbəbindən kütləvi surətdə qətlə yetirmişdi.Qurbanlar arasında uşaqlar , qadın və qocalar da vardı.Xocalı soyqırımı yaşanan dəhşətlərə və mülki əhaliyə qarşı törədilən vəhşilklərin miqyasına görə bəşəriyyətin tarixdə üzləşdiyi ən böyük faciələrdən biri hesab olunur.Hər bir azərbaycanlı ermənilərin əsrlər boyu xalqımızın başına gətirdiyi çoxsaylı müsibətlərdən nəticə çxarmalı,hər zaman ayıq –sayıq olmalıdır.
Foto Qalereya