Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
12 Noyabr , 2019
    Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsisi dövlət komisiyası yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.1995-ci il 12 noyabrda ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul olunub. Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlığının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmiş, hakimiyyətin bölgüsü prinsipi aydın şəkildə göstərilmiş, beynəlxalq hüquq qaydalarına uyğun mütərəqqi norma və prinsiplər əks olunmuşdur. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Konstitusyada insan hüquq və azadlıqlarının geniş təsbit olunması ölkəmizin demokratiya prinsiplərinə möhkəm sadiqliyinin nümayişidir.