Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
4 Oktyabr , 2019
4 oktyabr 2019-cu ildə Masallı rayon Ağsaqqallar Şurası və Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə 5 oktyabr -Müəllimlər günü ilə əlaqədar tədbir keçirildi. Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev bildirib ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinin sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Sonra Mərkəzi kitabxananın əməkdaşı Pəri Zamanova məruzə ilə çıxış edərək Müəllimlər gününün mahiyyəti və yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.