Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
31 Avqust , 2019
        31 iyul 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirdi.O, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini deyərək, yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu qeyd etdi. Tədbirdə İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov məruzə ilə çıxış edərək ana dilimizin hərtərəfli inkişaf etməsi, diplomatiya aləminə yol açaraq dünyanın ən mötəbər tədbirlərində eşidilməsinin qürurverici hal olduğundan söz açdı. Qeyd olundu ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Foto Qalereya