Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
23 İyul , 2019
       23 iyul 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov igid oğullarımızın vətən uğrunda ölüm-dirim savaşında çox böyük mərdlik nümayiş etdirmələrinə baxmayaraq 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini bildirdi. O, doğma torpağın müdafiəsi uğrunda rayonun 6 min şəhid verdiyini, bunlardan 16-sının Milli Qəhrəman adına layiq görüldüyünü qeyd etdi. Sonra Xidmət şöbəsinin müdiri Gülər Piriyeva çıxış edərək işğal nəticəsində çoxlu sayda tarixi abidələr, mədəniyyət və memarlıq nümunələrinin dağıdılaraq viran edildiyini vurğuladı. Tədbirin sonunda qələbə sevincinin çox da uzaqda olmadığı, qüdrətli ordumuzun tezliklə torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə əminlik ifadə olundu.
Foto Qalereya