Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
20 İyul , 2019
      20 iyul 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında yazıçı Dilşad Nüsrətqızının “Müəmmalı ölüm” adlı kitabının təqdimatı keçirildi. Tədbirdə rayonun “Göy Qurşağı” ədəbi məclisinin üzvləri iştirak edirdi. Tədbirdə giriş nitqi ilə çıxış edən şair Xanəli Toliş müəllifin yaradıcılığı haqqında danışaraq zəngin yaradıcılığa malik yazıçının əsərlərində yaşadığımız həyatın gerçəklərini əks etdirdiyini bildirdi. Sonra çıxış edən dil-ədəbiyyat müəllimi Ədalət İsayev, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev kriminal səpkili əsərlərin oxucular tərəfindən daim maraqla qarşılandığını, yazıçının yeni kitabının bu mövzuda yazılan uğurlu əsərlərdən biri olduğunu qeyd etdi. Tədbirdə təqaüdçü müəllim İ. Rzayev, yazıçı N. Qərib, aşıq Salman, yazıçı C. Daşqın, Kitabxana direktoru Ə. Nəzərov çıxışlarında əsər haqqında fikirlərini bildirib, gələcək yaradıcılığında uğurlar arzuladılar.
Foto Qalereya