Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
13 İyul , 2019

13 iyul 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdə ilk çıxış edən şəhər Multimedia Kitabxanasının müdiri Rasifə Lələyeva bildirdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dedikdə ilk növbədə göz önündə xalqımızın unudulmaz oğlunun şəxsiyyəti canlanır.Ulu öndər bütün fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti və iradəsi, xüsusi idarəçilik və təşkilatçılıq bacarığı ilə lider səviyyəsinə yüksəlmişdir. Heydər Əliyev fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim milli dövlətçilik ideyalarının gerçəkləşməsinə sərf etmiş, öz xalqını üz-üzə qaldığı fəlakətdən xilas etmiş və ölkəsini inkişaf yoluna çıxarmışdır. Sonra İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov çıxışında vurğuladı ki,Heydər Əliyev sovet hakimiyyəti dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə, istərsə də müstəqillik dövründə daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.

Foto Qalereya