Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
2 İyul , 2019
02 iyul 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında 2 iyul-Azərbaycan polisi günü münasibətilə tədbir keçirildi. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov Azərbaycanda ilk dəfə polis qurumunun Xalq Cümhuriyyəti dövründə yarandığını və strukturunun formalaşmağa başladığını bildirdi. Azərbaycan Xalq Cümhuriyyəti DİN-in başlıca vəzifələri ölkədə daxili sabitliyə nail olmaq, qanunların mühafizəsini təmi etmək və cinayətkarlıqla mübarizə aparmaqdan ibarət idi. Sonra çıxış edən kitabxana əməkdaşları Gülər Kərimova və Aygül Mirzəzadə dövlətimizin müstəqillik qazandığı ilk illərdə üzərinə çox ağır məsuliyyət düşən polisin daxili sabitliyin bərpa edilməsi ilə yanaşı döyüş bölgələrində də çox böyük şücaət və qəhrəmanlıqlar göstərdiyini vurğuladılar. Qeyd olundu ki, vətəndaşlar onların rahat və təhlükəsiz şəraitdə yaşamasını yüksək səviyyədə təmin edən polisə böyük etimad göstərir.
Foto Qalereya