Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
25 İyun , 2019
   25 iyun 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığını və 26 iyun tarixinin Azərbaycan Silahlı Qüvvələr günü kimi bayram edildiyini bildirdi. Sonra çıxış edən kitabxana əməkdaşları Gülər Piriyeva, Pəri Zamanova və Həbibə Hüseynova Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının müasir Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olduğunu bildirdilər. Qeyd olundu ki, ordunun yaradılması və inkişafında ümumilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu gün ordumuz dünyada güclü və qüdrətli ordular sırasında yer alır. Yüksək döyüş təlimi keçmiş və vətənpərvərlik hisslərinə malik olan əsgər və zabitlərimizin işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu ifadə etdilər.
Foto Qalereya