Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
18 İyun , 2019
     18 iyun 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında İnsan hüquqları aylığı çərçivəsində Azərbaycanda İnsan Hüquqları günü münasibətilə tədbir keçirildi. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyəti, bu sahədə qəbul edilmiş qanunlar, həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verdi. Sonra Xidmət şöbəsinin müdiri Gülər Piriyeva və işçisi Arzu Hüseynova çıxışlarında 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində böyük yüksəliş əldə olunduğunu bildirdilər.
Foto Qalereya