Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
14 İyun , 2019
  13 iyun 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirdi ki, 15 iyun 1993-cü il müasir Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz dağılmaq təhlükəsindən xilas edilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra tez bir zamanda çətin sınaqlarla üz-üzə qaldı. Dövlətin idarə olunması böhranlı vəziyyətə düçar olmuş, mərkəzi hakimiyyətlə yerli idarəetmə orqanları arasında koordinasiya aradan qalxmışdı. Ermənistanla davam edən müharibə torpaq itkiləri ilə müşaiət olunurdu. Azərbaycan xalqı nicat yolunu böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qaytarılmasında tapdı. Sonra Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və kitabxananın əməkdaşı Rasif Dadaşov vurğuladılar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada nüfuzu daha da artır.
Foto Qalereya