Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Elanlar
4 May , 2019
  Əziz oxucularımız Masallı rayon mərkəzi kitabxana, bir neçə vaxdır ki,Kitabxananın ərazisində yaradılmış “Açıq Kitabxana” laihəsi altında sərki təşkil edib.Sizləri yeni kitablar və yubleyar yazarların kitablarıyla tanış etmeye dəvət edirik
Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi təlabatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılması masallı rayon mərkəzi kitabxananın da qarşısında duran əsas vəzifələrdən biridir.
Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə MKS-nin “Açıq Kitabxana – sərbəst mütaliə məkanı” yaradılmışdır.
Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadiməri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır.
Yeni kitabxanada həmçinin, açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunur.Sizləri kitabxanamıza dəvət edirik