Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
31 May , 2019
  31 may 2019-cu ildə Masallı şəhər Uşaq İncəsənət Məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirildi. İlk çıxış edən Mərkəzi Kitabxananın direktoru Əlhəddin Nəzərov Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq, bildirib ki, Azərbaycanda muğam sənəti Seyid Şuşinskinin proqramı ilə tədris olunur. Seyid Şuşinski məktəb yaradaraq muğam tarixinə öz möhürünü vurub. Sonra rayonTarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxışında bildirib ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyaraq yaşadıb. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirib. Tədbirdə muğam üçlüyünün müşaiyəti ilə avaz səsli xanəndələrin ifasında unudulmaz sənətkarın muğamları ifa edilib.
Foto Qalereya