Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
1 İyun , 2019
  31 may 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə İsfəndiyar Zülalov adına şəhər 5 saylı orta məktəbin 2 və 4-cü sinif şagirdləri iştirak edirdilər. Kitabxananın direktoru Ə. Nəzərov Uşaqların Beynəlxalq Müdafiəsi günü haqqında məlumat verərək bildirdi ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövlətinin uşaq hüquqlarının qorunması məsələsini daim diqqət mərkəzində saxladığını, bu gün ölkəmizdə uşaqların sağlam və təhlükəsiz şəraitdə yaşadıqlarını vurğulamışdır. Tədbirdə iştirak edən şagirdlərin ifasında vətən, ana, şəhidlər haqqında bir-birindən maraqlı şeirlər söylənilmiş, rəngarəng mahnı və rəqs nömrələri nümayiş etdirilmişdir.
Foto Qalereya