Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
30 May , 2019
 30 may 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanası və şəhər 3 saylı orta məktəbin birgə təşkilatçılığı ilə Cəfər Cabbarlının 120 illiyi münasibətilə ədəbi-bədii gecə keçirildi. Tədbir məktəblilərin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Görkəmli dramaturq C. Cabbarlının yaradıcılığı haqqında çıxışlar dinlənilmiş, söylənən bir-birindən maraqlı şeirlər tədbirə xüsusi rəngarənglik qatmışdır. Tədbirdə şagirdlər tərəfindən yazıçının “Sevil”, “Vəfalı Səriyyə” əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilmişdir.
Foto Qalereya