Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
20 May , 2019
  20 may 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanası və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar tədbir keçirildi. Mərkəzi kitabxanada keçirilən tədbirdə ilk çıxış edən kitabxana direktoru Əlhəddin Nəzərov Nəsimi yaradıcılığı haqqında danışaraq, onun çoxşaxəli və böyük yaradıcılığa malik olduğunu bildirdi. Sonra rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Sonra çıxış edən Masallı rayon Cümə Məscidinin axundu Hacı Məftun Hüseynov Nəsiminin ədəbi yaradıcılığı ilə dinə qarşı olması haqqında təsəvvürlərin yanlış olduğunu, onun vaxtilə təbliğatçısı olduğu hürufilik təriqətinin dini dəyərlərlə ziddiyyət təşkil etmədiyini bildirib. Tədbirdə çıxış edən şair Xanəli Toliş Nəsimiyə həsr etdiyi şeiri səsləndirib. Şəhər 3 saylı orta məktəbin 7-ci sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, İsfəndiyar Zülalov adına 5 saylı orta məktəb şagirdlərinin səsləndirdiyi şeirlər tədbirə daha da rəngarənglik qatdı.Tədbirin sonunda çıxışına görə fərqlənən şagirdlər fəxri fərman və kitablarla təltif ediliblər.
Foto Qalereya