Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
18 May , 2019
   Masallı rayon Mərkəzi kitabxananın əməkdaşları il ərzində müntəzəm olaraq kitab sərgiləri təşkil edir, kitabxana fonduna daxil olan müxtəlif mövzulu kitablarla oxucuları tanış edirlər. 2019-cu il aprelin 23-dən ənənəyə uyğun olaraq “ Cəfər Cabbarlı-120”, “ İmadəddin Nəsimi -650”, “ Cəlil Məmmədquluzadə-150”,”İsmayıl Şıxlı -100” başlığı altında sərgilənən əsərlər kitabxana önündən keçən sakinlərin mütaliəyə olan marağını artırır, əməkdaşlar tərəfindən onları maraqlandıran bütün suallara cavab verilir.
Foto Qalereya