Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
16 May , 2019
    Bu günlərdə “Nəsimi ili” ilə əlaqədar Masallıda rayon Mərkəzi kitabxanası mütəmadi tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Masallı şəhər 3 saylı tam orta məktəbində təşkil olundu.Ədəbi-bədii kompozisiyalı tədbiri MKS-nin Uşaq şöbəsinin müdiri Günəş Agayeva açmış, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda ədəbiyyata, mədəniyyətə, milli dəyərlərə göstərdiyi qayğı və diqqətdən danışmış,2019-cu il in “Nəsimi ili”edilməsinin bu sahəyə böyük diqqət kimi nümunə göstərmişdir.Məktəbin müəlliməsi Emruzə Əzizova uşaqlara Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat vermiş, Nəsimini Azərbaycanı dünyaya tanıdan şairlərdən olduğunu gündəmə gətirmişdir. Şagirdlərin ifasında “Nəzər elə”, “Ağrımaz”, “Haradasan” və başqa qəzəlləri səslənmişdir.
Foto Qalereya