Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
17 May , 2019
    17 may 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları 18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Mərkəzin elmi işçisi Rəşad Dadaşov Heydər Əliyevin fəaliyyətini əks etdirən lövhələr önündə onlara ümumilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonra kitabxana işçiləri mərkəzdə gündəlik iş prosesinin gedişi, burada yerləşən muzey, kitabxana, qadın- resurs mərkəzi, nikah kabineti, rəqs otağı, xarici dil və komputer kursları, xalq sənətkarlığı emalatxanası, eko sinif və rəsm otaqları ilə yaxından tanış olublar.
Foto Qalereya