Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
1 May , 2019
01 may 2019-cu ildə Masallı rayon Tarix – Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı, Muzey və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətiilə tədbir keçirildi. Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva ulu öndər Heydər Əliyevin milli dövlətçilik tarixində müstəsna rolundan danışaraq bildirib ki, müstəqil Azərbaycanın bu gün bölgədə və dünyada sayılıb seçilməsi, nüfuza malik olması, regionda lider statusuna yüksəlməsi, xalqın maraqlarına cavab verən çevik və səmərəli siyasət yürüdülməsi məhz dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir. Sonra çıxış edənlərdən Masallı Regional Kollecinin tarix müəllimi Nazim Əliyev, muzeyin elmi işçisi Həbib Ağayev, YAP Masallı rayon Təşkilatının baş məsləhətçisi Cəlal Əliyev qeyd ediblər ki, Heydər Əliyev tərəfindən təməli qoyulan strategiya əsasında daxili və xarici siyasətin aparılması, ölkəmizin qlobal böhranın mənfi təsirlərindən qorunması, paytaxt və regionlarda aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri, ordunun maddi-texniki təminatı, sosial məsələlərin uğurla həll olunması xalqın ali istəyini əks etdirir.
Foto Qalereya