Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
18 Yanvar , 2019
15 yanvar 2019-cu ildə Masallı şəhər İsfəndiyar Zülalov adına 5 saylı tam orta məktəbdə “Şəhidlər doğuldu ki, yaşasın vətən” başlığı altında tədbir keçirilib. Məktəbin tarix müəlliməsi Ellada Süleymanova 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqalədə vəziyyət elan edilmədən yeridildiyini və dinc əhaliyə amansızlıqla divan tutulduğunu bildirdi. Sonra Mərkəzi kitabxananın Oxu zalının böyük kitabxanaçısı Həbibə Hüseynova çıxış edərək müstəqilliyimiz naminə tökülmüş şəhid qanlarının heç zaman unudulmayacağını və gələcək nəsillər tərəfindən daim iftixarla yad ediləcəyini qeyd etdi.