Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Şəhidlərimiz
3 Dekabr , 2018
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Əsgər Firdovsi Bağırzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.Aprelin 9-u isə Firdovsi Bağırzadə doğulduğu Masallı rayonunun Güllütəpə kəndində son mənzilə yola salındı. Firdovsi Bağırzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Həmin ilin mayın 18-də əsgər Firdovsi Bağırzadənin xatirəsinə Masallı rayonunun Güllütəpə kəndində küçələrin birinə onun adı verildi.