Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Şəhidlərimiz
3 Dekabr , 2018

Aqil Məlikov 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub.Əsgər Aqil Məlikov 2016-cı ildə, noyabrın 15-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Noyabrın 16-sı isə Aqil Məlikov doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində son mənzilə yola salındı. Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.