Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
2 Oktyabr , 2018
Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim.
Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.
Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.
Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Əlifbanın “ə”sini, “a”-sını “be”sini sizdən öyrəndik biz.




Müəllim olan yerdə nə lazım günəş,
Onsuzda günəşdir, özü müəllimin.
Müəllim olan yerdə nə lazım atəş
Bir oddur, alovdur, sözü müəllimin.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü müəllimin.
Müəllimim! Bizə istədiyini deyil, verdiyini alanda gözündəki uşaq sevincini görüb,
Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.Bu həqiqətən də belədir.
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir.
Əziz müəllimlərimiz .Sizin dünyadan köçən doğmalarınıza Allahdan rəhmət diləyirik, qalanlara sağlamlıq, xoşbəxtlik və uzun ömür diləyirik. Sizin simanızda bütün müəllimlərin, bizim üçün valideyinlərimiz qədər əziyyət çəkən müəllimlərimiz Sizin bayramınızı təbrik edirik.