Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Elanlar
19 Aprel , 2018
      Bu kitab həyatda qalan izimdir

23 mart 2017-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, “Qızıl Qələm” mükafatının laureatı Qəhrəman Tovuzlunun “Bu kitab həyatda qalan izimdir” kitabının təqdimatı oldu. Tədbiri giriş sözü ilə açan AYB-nin üzvü, şair Xanəli Talış ilk olaraq toplantı iştirakçılarını bir-neçə gün bundan öncə qarşıladığımız Novruz bayramı münasibəti ilə təbrik edib onlara bahar təravətli xoş günlər arzuladı. O, şairin sayca dördüncü olan bu kitabının da bir-birindən maraqlı və mənalı şeirlərlə zəngin olduğunu və oxucular tərəfindən çox böyük məhəbbətlə qarşılanacağını bildirdi.