Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
9 Noyabr , 2017
  8 noyabr 2017-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan bayrağı günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov ilk dəfə bayrağımızın 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildiyini, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildiyini bildirdi.O, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdiyini qeyd etdi. Daha sonra Oxu zalının müdiri Şəmsurə Nəsirova və böyük kitabxanaçı Aidə Quliyeva dövlət bayrağının rəmzləri haqqında geniş məlumat verdilər.
Foto Qalereya