Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
10 Noyabr , 2016
Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi .Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi .Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı .Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15- də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki , bütün təbəqələri müzakirələrə cəlb edildi .Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi. Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57-sində və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki , bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi .Bu Heydər Əliyev konstitusiyası idi ki , onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi . 2002 –ci ildə Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir daha təsdiq etdi.