Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Haqqımızda
4 Fevral , 2016
 

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1934-cü ildə rayon Mərkəzi Kitabxanası yaradılmışdır. Masallı rayon Mərkəzi kitabxanası Muzdurlar komitəsinin qərarı ilə 1924-cü ildə Masallı şəhərində yaradılmışdır.
Muzdurlar komitəsinin üzvlərindən Abı Mirzəyev ,Qulamhüseyn Məmmədov.
Həsənəğa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdi.
1978-ci ildə rayon kitabxanaları Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi ,1şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialları fəaliyyət göstərir.
Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1.Oxuculara xidmət şöbəsi

Bu şöbə iki bölmədən ibarətdir: Abonement və oxu zalı .Bu şöbə rayon ərazisində yaşayan bütün oxucu qruplarına xidmət göstərir. Şöbədə əlamətdar və tarixi günlərə dair sərgilər tərtib edilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Oxucuların kitab fondundan daha geniş istifadəsi üçün kataloq sistemi yaradılmışdır. Oxu zalı - 50 nəfərlik yerdən ibarətdir. Oxu zalında 5 illik dövrü mətbuat və elektron kitablar vasitəsi ilə oxuculara xidmət göstərilir. Oxu zalından bütün oxucu qrupları istifadə edir. Mərkəzi kitabxananın əksər tədbirləri və seminarları burada keçirilir.

2.Metodika və biblioqrafiya şöbəsi

 Bu şöbə MKS - nin bütün kitabxana filiallarına metodiki rəhbərlik edir. Kitabxana filiallarının işini təhlil edir, qabaqcıl iş təcrübəsini öyrənir və kitabxanalarda tətbiq edir. Metodiki məktublar hazırlayıb kitabxana filiallarına göndərir. Ayda bir dəfə kitabxana işçilərinin seminarlarını təşkil edir.

3.Komplektləşdirmə və kitabişləmə şöbəsi

 Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz fondunu Mədəniyyət  Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Axundov adına Respublika Mlilli Kitabxanası tərəfindən göndərilən və ayrı - ayrı müəlliflər tərəfindən hədiyyə edilən kitablar hesabına zənginləşdirir. Şöbə MKS - ə yeni daxil olan kitabların qeydiyyatını aparır, onları kitabxana qaydası ilə işləyir və kitabxana filiallarına göndərir. Eyni zamanda həmin kitabların kataloq kartoçkalarını hazırlayıb filiallara göndərir. MKS - nin fondundan çıxarılan ədəbiyyatın sistemli kataloqdan silinməsi ilə məşğul olur.

4.Uşaq şöbəsi

 Bu şöbə rayonun bütün məktəbəqədər və məktəbyaşlı uşaqlarına xidmət göstərir. Şöbə qəsəbədə yerləşən uşaq bağçası və orta məktəblərlə  birgə kütləvi tədbirlərin hazırlanmasını  və keçirilməsini təmin edir. Belə tədbirlər uşaqların dünyagörüşünü formalaşdırır və onlarda xalqa, vətənə, torpağa məhəbbət hissi oyadır.

5.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.

 Bu şöbə kitabxananın Veb – saytının idarə olunması, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir. Şöbə kitabxananın  Elektron kitabxanasının yaradılması və nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir. Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi "Kataloqlaşdırma" modulunun bazasından istifadə edərək elektron resursların bazalarının yaradılmasını həyata keçirir.

6.İnformasiya –Resurs şöbəsi

Mərkəzi Kitabxananın  İnformasiya-Resurs şöbəsi veb-saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəaliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir. “Kataloqlaşdırma” modulunun bazasından istifadə edərək elektron resursların yaradılmasını həyata keçirir. MKS “Mədəniyyət haqqında”,”Kitabxana işi haqqında” qanunları,”Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında əsasnamə”ni,Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncamlarını,digər direktiv sənədləri rəhbər tutaraq fəaləyyət göstərir. Masallı rayon MKS  işində kütləvi tədbirlərin keçirilməsi mühüm yer tutur.  Bununla əlaqədar MKS-də müxtəlif adda rayon və respublika əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2018-ci ildə keçirilən kütləvi tədbirlərin sayı 2250 olmuşdur.  2018-ci ildə oxucuların sayı 37400 nəfər, kitab verilişi 608200 nüsxə, gəliş isə 16500 nəfər olmuşdur. 2018-ci ildə MKS-nin kitab fondu 374301 nüsxədən ibarət olmuşdur. Həmin ildə MKS-nə 329 adda 3513 nüsxə ədəbiyyat daxil olub.Bunlardan 220 nüsxə müəllif və oxucular tərəfindən kitabxanaya hədiyyə edilib.
Masallı rayon MKS-yə üzv yazılma qaydası.Masallı rayon MKS-nin tabeliyində olan bütün kitabxanalara hər bir vətəndaş üzv yazıla bilər.Bu zaman hər kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.Oxucuya anket yazılır,ona kitabxanadan istifadə qaydaları izah edilir,kitabın qorunmasının zəruriliyi izah olunur.
Şəhərin məktəbli oxucuları oxuduqları məktəbdən arayış təqdim edirlər.Bu ona görə edilir ki,oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olsun.Masallı rayon MKS-nin kitab fondundan istifadə qaydaları.Kitab oxucuya 15 gün müddətinə verilir.Bu vaxt ərzində oxucu həmin kitabı oxuya bilməyibsə,oxucunun xahişi ilə müddət yenidən uzadılır və anketdə müfaviq qeydlər aparılır.
Kitab vaxtında qaytarılmadıqda oxucu ilə telefon əlaqəsi yaradılır və ona xəbərdarlıq edilir,nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir.Kitab itirildikdə,imkan daxilində oxucudan həmin adda kitab alınıb kitabxanaya verilməsi tələb olunur.Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.
Masallı rayon MKS-nin iş vaxtı haqqında məlumat
Mərkəzi kitabxananın iş vaxtı səhər saat 10:00-dan axşam saat 18:00-dəkdir.Kitabxana fasiləsiz işləyir.İstirahət günlərindən kitabxanaçılar növbəlilik əsasında,əvəzçiliklə istifadə edirlər.Kənd kitabxana filialları iş vaxtını yerli şəraitə uyğun qururlar.İş günü 7 saat olmaqla kənd kitabxanaçıları bir istirahət günündən istifadə edirlər. Əlaqə
Masallı rayon Mərkəzi kitabxanası

Ünvan:
AZ-4400 Azərbaycan Respublikası, 
Masallı şəhəri, Heydər Əliyev Prospekti
Tel: (025) 21-5-28-04 
Faks: (025) 21-5-28-04
E-mail: masalli¬_mks@mail.ru
İş günü: ( fasiləsiz) 10:00-dan axşam saat 18:00-dəkdir
MKS-nin direktoru:Ələddin Nəzərov
Tel :050-540-75-67- 070-207-19-57- 055-392-66-77
Ünvan: Heydər əliyev prospekti
Veb-səhifə: http://masalli.cls.az