Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Görkəmli şəxsiyyətlər
7 Yanvar , 2016

  1 iyul 1955-ci ildə Masallı rayon Xırmandalı kəndində anadan olmuşdur. 1972-ci ildə Masallı rayon Xırmandalı kənd orta məktəbini bitirmiş və 1972-ci ildən Bakı Baş Tikinti idarəsində işə daxil olmuşdur. 1973-1975-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. 1973-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsinin Neft kimya ixtisası üzrə axşam şöbəsində ali təhsil almışdır. 1977-ci ildən Heydər Əliyev adına Bakı neft emalı zavodunda operator vəzifəsindən istehsalat şöbəsinin rəisi vəzifəsinə kimi yüksəlmişdir.2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqazelmitədqiqatlayihə institutunda neftin, qazın emalı və neftkimya üzrə direktor müavini vəzifəsində işləyir.29 avqust 2003-cü ildə neft sənayesində xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət ordeni”-nə layiq görülmüşdür.Azərbaycan Milli Elimlər Akademiyasının akademik M.F.Nağıyev adına Kimya Probləmləri İnstitutunda “Bir sıra merkaptan tərkibli neft məhsullarının demerkaptanlaşması üçün yeni aktiv katalitik sistemlərin işlənilməsi” mövzusunda müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının 29 mart 2011-ci il tarixli qərarı ilə “Kimya üzrə Fəlsəfə Doktoru” elmi dərəcəsi verilmişdir.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının 25 iyul 2014-cü il tarixdə “Kimyəvi kinetika və kataliz ixtisası üzrə Dosent” elmi adı verilmişdir.30-dan çox neft sənayesi üzrə elmi məqalənin və bir patentin müəllifidir.