Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Görkəmli şəxsiyyətlər
7 Yanvar , 2016

   Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş.Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görmüşdür.M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır. Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs demişdir.Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir.