Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Görkəmli şəxsiyyətlər
6 Yanvar , 2016

         Elmira Axundova 1953-cü il mayn 26-da Moskva vilayətinin Ramenski rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakutəsini fərqlənmə diplomu ilə bitirmişdir 1976 İlk bədii tərcüməsini Hüseyin İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azərbayjan"jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır 1971, sonra Azərbaycan Dövlət Televiziya və radio verlişləri komitəsində kiçik redaktor 1977-1980 olmuşdur. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur.Azərbaycan yazıçlar birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir 1991. Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür 1995-ci ildən.