Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Görkəmli şəxsiyyətlər
6 Yanvar , 2016

    Azərbaycanın xalq artisti,İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi. İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.6 sentyabr 2015-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.