Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Şəhidlərimiz
17 Dekabr , 2015

                                                                                                                                            

Məmmədov Səfəralı Qurban oğlu (1963 - 1992)                                                                                                 

   

   Məmmədov Səfəralı Qurban oğlu Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır.1981 – ci ildə orta məktəbi bitirmiş,həmin il hərbi xidmətə çağırılmışdı.1983 – cü ildə Krosnovodsk şəhərində hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra Krosnovodsk şəhər DİŞ –nin yanında müəssisədənkənar mühafizə şöbəsində gözətçi işləmiş,sonra milis nəfəri vəzifəsinə qəbul edilmişdi.1988 – 1990 –cı illərdə N.K.Rizayev adına xüsusi orta milis məktəbində oxumuşdu.Həmin məktəbin kursantı ikən Qarabağ hadisələri ilə əlaqədar qaynar nöqtələrə ezam olunmuş,ictimai asayişin mühafizəsində,dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etmişdi.1990 – cı ilin sentyabr ayında Ağdam Rayon Daxili İşlər Şöbəsinin post – patrul batalyonunda taqım komandiri vəzifəsində fəaliyyətini davam etdirmişdi.Milis kapitanı idi.1991 – ci ilin oktyabr ayında “Milisdə əla xidmətinə görə” döş nişanı ilə təltif olunmuşdu.1992 – ci il fevral ayının 16-da erməni quldurlarının mühasirəsində olan Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edərkən komandir olduğu taqım minayə düşmüşdü.Azərbaycan xalqının igid,qorxmaz oğlu Səfəralı Məmmədov da xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdu.S.Məmmədov ölümündən sonra “Azərbaycanın Miili Qəhrəmanı” adına layiq görülmüşdür.Oxuduğu Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.Masallı və Ağdam şəhərlərindəki mərkəzi küçələrdən birinə onun adı verilmişdir.Şair R.Rzayev Səfərəli Məmmədovun əziz xatirəsinə poema həsr etmişdir.Subay idi.

    

 

Hüseynov Elşad Eynulla oğlu (1960 - 1992)

      Hüseynov Elşad Eynulla oğlu 1960 – cı ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.1978 – ci ildə orta məktəbi bitirmiş,1979 –1981 – ci illərdə hərbi xidmətdə olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Bakının Səbayel rayon DİŞ – si yanında mühafizə şöbəsində milis nəfəri işləmişdir.1986 -1989 – cu illərdə H.K.Rizayev adına Bakı Xüsusi Orta Milis məktəbində oxumuşdur.Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə,xalqımızın namusunun ,qeyrətinin tapdalanmasına dözməyən Elşad Hüseynov tez- tez qaynar nöqtələrdə olur,böyük fədakarlıq ,igidlik göstərirdi.E.Hüseynov Füzulinin ,Tərtərin ona yaxın kəndinin ermənilərdən azad edilməsində yaxından iştirak etmişdi.Döyüş dostları Elşadın hər an qəhrəmanlığının şahidi olurdular.1992 – ci il iyun ayının 15 – də Əsgəran rayonunun Fərrux kəndi uğrunda gedən qanlı vuruşma zamanı qəfil atılan erməni gülləsi E.Hüseynovdan yan keçmədi.O,Bətən yolunda qəhrəmancasına həlak oldu.Xalqımızın qeyrətli,igid,vətənpərvər oğlu öz şərəfli ölümü ilə şəhidlik zirvəsinə ucaldı.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992 – ci il tarixli fərmanı ilə Elşad Eynulla öğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.Ailəli idi.Üç qızı var. 

 



Əhədov Elşad Saday oğlu (1968 – 1993)

     

   Əhədov Elşad Saday oğlu Masallı rayonunun Təzə - Alvadı kəndində anadan olmuşdur. 1975 – 1982 – ci illərdə Təzə Alvadı kənd 1 nömrəli orta məktəbində,1982 – 1985 – ci illərdə Naxçıvanski adına hərbi məktəbdə təhsil almışdır.Sonra Ukraynanın Kemenç – Podolsk Ali Komandirlər Məktəbində təhsilini davam etdirmişdi.1989 – cu ildə həmin məktəbi bitirərək Voloqda vilayətində yerləşən “N” hərbi hissəsində rota komandiri təyin olunmuşdu.Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdıb.Onu əvvəlcə Güzdək qəsəbəsində yerləşən “N” hərbi hissəsinə,sonradan isə Lənkəranda yerləşən “N” hərbi hissəsinə rota komandiri təyin ediblər.Elşad Daşburun,Nərgiztəpə,Aşağı Veysəlli,Şişqaya,Qızıltəpə uğrunda gedən gərgin döyüşlərdə ön cəbhədə vuruşmuşdu.O, Ağdam yüksəkliyinin alınması əməliyyatında bilavasitə iştirakçısı və təşkilatçısı olmuşdu.Onun rotası düşmən mühasirəsini yarmış,əks hücum əməliyyatını bacarıqla təşkil etmiş və nəticədə Ağdam yüksəkliyini geri almışlar.Bu zaman Elşad Əhədov müstəsna igidlik və mərdlik göstərərək qəhrəmancasına həlak olmuşdu.O, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.O həm də Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993 – cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə də təltif edilmişdir.Təzə Alvadı kənd 1 nömrəli orta məktəb onun adını daşıyır.Evli idi.Bir qızı var. 

          

Masallı rayonu üzrə şəhid statusu almış vətəndaşların adları

 

  1.     Abbasov Rafail Təvəkkül oğlu                1972     Masallı H.Aslanov-24
  2.     Abuşov Məhəmməd Əlinağı oğlu            1973     Təzə Alvadı k.
  3.     Ağayev Yavər Balaxan oğlu                    1974     Bala Təklə k.
  4.     Aslanov Nadir Ənvər oğlu                       1971     Miyankü k.
  5.    Abdullayev Mürüvvət Əli oğlu                 1974     Bambaşı k.
  6.    Ağayev Rəşid Yusif oğlu                         1975     Qarğalıq k.
  7.     Abbasov Şahin Vəli oğlu                          1971     Qızılağac k.
  8.     Ağayev Ələddin Bahaddin oğlu               1975      Ərkivan k.
  9.    Abbasov Fəadail Abbas oğlu                   1974      Xırmandalı k.

 

     10.Abbasov Vüqar Xeyrulla oğlu                   1975      Alışanlı k.

     11. Abbasov Ehtiram Heybət oğlu                 1974      Mahmudavar k.

     12. Alışov Nahid Güəli oğlu                            1975      Binə Xocavar k.

     13.Ağayev Rasim Həsənağa oğlu                  1975      Ətçələr k.

     14. Ağayev Rüstəm Ramazan oğlu                1970      Məmmədoba k.

     15. Abbasov Mehdi Bayram oğlu                   1975     Qarğalıq k.

    16. Ağaverdiyev Cəmil Nurulla oğlu               1997      Güllütəpə k.

     17. Babayev Qüdrət Sarıbala oğlu                  1974     Mahmudavar k.

     18. Baxışov Rahim Şahgəldi oğlu                   1973    Qarğalıq k.

     19.Bünyadov Mahir Yadulla oğlu                    1973     Ərkivan k.

      20. Bayramov Qismət İlyas oğlu                    1962     Bambaşı k.

      21.Bağırov Əlvan Ramazan oğlu                    1973     Ərkivan k.

      22. Belim Yevgeniy Nokolayeviç                    1970     Kalinovka k.

      23. Bəşirov Elşəni Dənizxan oğlu                  1973     Təklə k.

      24. Baxşıyev Altay Xanəli oğlu                       1973     B/Kolatan k.

      25. Bədəlov Qalib Kitabəli oğlu                      1973     Ərkivan k.

      26. Bağəliyev Zakir Cəbrayıl oğlu                  1974     Kalinovka k.

      27. Baxışov Nizami Mirzəcan oğlu                 1965     Xanalian k.

      28. Vəliyev Ədalət Hidayət oğlu                     1973     Qarğalıq k.

      29. Qulamov Davud Allahman oğlu               1956     Bədəlan k.

      30 .Qarayev Elşən Rəhman oğlu                   1970     Xallıcallı k.

      31. Qarayev Məmməd Ağabala oğlu              1973    Təklə k.

      32. Qasımov Cavanşir Beytulla oğlu             1974    Bambaşı k.

      33. Qurbanov Arzuman Mirzəli oğlu              1974    Rüdəkanar k.

      34. Qəmbərov Sayıq Şıxəli oğlu                     1969    Xırmandalı k.

      35. Qasımov Rüstəm Qənimət oğlu               1975    Xırmandalı k.

      36. Quliyev Cəbi Sübhan oğlu                        1962    Gəyəçöl k.

      37. Qurbanov Laçın Sabir oğlu                      1975    Qızılağac k.

      38. Dəmirov Firudin Əlibala  oğlu                  1968    Təklə k.

      39. Eynullayev Əlizadə Abdulla oğlu             1975    Gəyəçöl k.

      40. Əlihəsənov Rafiq Vəliəhəd oğlu               1969    Masallı, Fizuli-114.

      41. Əziziov Ramiz İdris oğlu                           1956    Yeddioymaq k.

      42. Əsgərov Əliqasım Hüsi oğlu                     1965    Köhnə Alvadı k.

      43.Əliyev Mircəlil Seyidağa  oğlu                   1974     Ərkivan k.

      44. Əliyev Şərafət Əlihəsən oğlu                    1963     Əhmədli k.

      45. Əliyev Niyaməddin Məmməd oğlu            1973    Boradigah k.

      46. Əhədov Elşad Saday oğlu                         1960    Təzə Alvadı k.

      47. Əkbərov Natiq Xosrov oğlu                       1973    Şatıroba k.

      48. Əziziov Emil Əbil oğlu                                1975    Binə Xicavar k.

      49. Əliyev Rasim Ağababa oğlu                       1971   Masallı, H.Aslanov

        50.Əliyev Fizuli Əmrah oğlu                                 1973     Şərəfə k.

        51. Əliyev Ənvər Səlim oğlu                                 1974     Tüklə k.

        52. Əliyev Şöhrət Fazil oğlu                                  1973    Türkoba k.

        53. Əsədullayev Elnur Aydın oğlu                       1975      Masallı

        54. Hüseynov Elşad Eynulla oğlu                        1960     Xıl k.

        55. Həsənov Fuad Sərhəd oğlu                            1973     Təklə k.

        56.Hacıyev Seyran Əliyoldaş oğlu                       1971      Kalinovka k.

        57.Həsənov Nicat Xıdır oğlu                                 1973      Gəyəçöl k.

        58.Hüseynov Bahəddin Süleyman oğlu              1973     Gəyəçöl k.

        59.Hacıyev Müqəddəs Vəlişan oğlu                     1974     Ərəb k.

        60.Həsənov Hakim Cəmilağa oğlu                       1974     Qasımlı k.

        61.Həsənov Kamran Gülverdi oğlu                      1973     Bədəlan k.

        62. Həsənov Zöhrab Məmmədxan oğlu               1974     Köhnə Alvadı k.

        63. Heybətov Elşən Əliabbas oğlu                       1975    Qızlavar k.

        64.Həsənov Etibar Feyruz oğlu                            1975     Miyankü k.

        65.Hüseynov Səttar Muxtar oğlu                         1975     Şatıroba k.

        66.Həşimov Seymur Qulu oğlu                            1975     Səmidxan k.

        67.Zeynalov Zeynal Əli oğlu                                 1972     Hacıtəpə k.

        68.İbayev Mərdan Qardaş  oğlu                           1977     Şərəfə k.

        69.İbadov Əli İbad oğlu                                         1974     Tüklə k.

        70.İsmayılov Mübariz Əli oğlu                              1972     Əhmədli k.

        71.İsayev Elşad Yaşar oğlu                                  1974     Gəyəçöl k.

        72. İsmayılov Qəhrəman Həmzə oğlu                  1973     Şərəfə k.

        73. İsmayılov Arzuman Əlizamin oğlu                 1974     Yeyənkənd k.

        74. İbrahimov Şirvan Oruc oğlu                           1975      Ərkivan k.

        75. Yaqubov Ceyhun Sabir oğlu                          1974       Köçəkli k.

        76. Kazımov Cəlal Abuzər oğlu                            1973      Qodman k.

        77. Kərimov Valeh Qulamhüseyn oğlu                1962      Şərəfə k.

        78. Mehbalıyev Vaqif Nəsir oğlu                           1960      Kalinovka k.

        79. Mehbalıyev Nazim Nadir oğlu                         1960      Kalinovka k.

        80. Mirzəyev Əfqan Tərlan oğlu                            1973      Qızılavar k.

        81. Məmmədov Xıdır Məmmədqulu oğlu             1973       Xırmandalı k.

        82. Məmmədov Qeysər Heybət oğlu                    1974       Boradigah k.

        83. Məmmədov Bəyalı İlyas oğlu                          1972       Xocavar k.

        84. Məmmədov Ətrafil Mürüvvət oğlu                  1973       Öncəqala k.

        85. Məmmədov Hafiz Həmdulla oğlu                    1974       Məmmədxanlı k.

        86. Mehdiyev Söhrab Əliş oğlu                             1973       Tüklə k.

        87. Mehdiyev Sərxan Əsgər oğlu                          1975      Tüklə k.

        88. Musayev Murad Qurbanəli oğlu                      1975      Təklə k.

        89. Məmmədov Səfərəli Qurban oğlu                   1963       Sərçuvar k.

        90. Nəcəfov Zahir Zülfüqar oğlu                           1973       Ərkivan k.

        91. Nəbiyev Rövşən Sahib oğlu                            1969       Təzəkənd k.

        92. Nağıyev İnqilab Şabala oğlu                            1974       Boradigah q.

        93. Nuriyev Bəşir Nuru oğlu                                  1972       Binə Xocavar k.

        94. Nəhmətov Məmməd Həsən oğlu                     1974       Mahmudavar k.

        95. Orucov Natiq Əliyar oğlu                                 1973       Şıxlar k.

        96. Paşazadə Siyavuş Əziz oğlu                           1974       Gəyəçöl k.

        97. Paşayev Fərasət Qubad oğlu                          1973       Boradigah q.

        98. Rəhimov Sərhəddin Babulla oğlu                   1973       Köçəkli k.

        99. Rufullayev Rahil Rufulla oğlu                          1971       Qarğalıq k.

      100. Rzayev Fizuli Əlibala oğlu                                1973       Kalinovka k.

      101. Rəsulov Teymur Vəliağa oğlu                         1973       Mahmudavar k.

     102. Rzayev Simran Siyab oğlu                                     1973      Kolatan k.

     103. Soltanov Hünər Musa oğlu                                    1974      Həsənli k.

     104. Səfərov Abbas Ərəstun oğlu                                 1974      Xırmandalı k.

     105. Sadıqov Həbib Tapdıq oğlu                                   1962       Eminli k.

     106. Səmədov Məmmədağa Cəbrayıl oğlu                   1963       Qodman k.

     107. Suciyev Hikmət Şalı oğlu                                       1975           Kolatan k.

     108. Səmədov Niyaz İsabala oğlu                                 1975       Sirəbil k.

     109. Səbziyev Rufulla Xanqulu  oğlu                            1975       Sığdaş k.

     110. Səfərov Elnur Şahbaz oğlu                                    1975       Ərkivan q.

     111. Talıbov Şaiq Tahir oğlu                                          1975       Ərkivan q.

     112. Tağıyev Fariz Zülfüqar oğlu                                   1974       Xırmandalı k.

     113. Tağıyev Nəsib Qərib oğlu                                       1975       Bədalan k.

     114. Tağıyev Sahib Abusalam oğlu                               1974      Masallı. Digah k.

     115. Fərzullayev Arif Eynulla oğlu                                 1965      Bədalan k.

     116. Fərəcov Siyasət Hüseyn oğlu                                 1975      Mahmudavar k.

     117. Xəlilov Sübhan Malik oğlu                                       1969      Qızılağac k.

     118. Xəlilov Hüsaməddin Xəlil oğlu                                1961      Şərəfə k.

     119. Xanmuradov Azad Şikar oğlu                                  1974      Qızılağac k.

     120. Xancarov Fayəddin Həsənağa oğlu                        1975      Musakücə k.

     121. Xanverdiyev Rəsul Balağa oğlu                              1975      Tüklə k.

     122. Xamiyev Eldar Sahib oğlu                                        1975      Hişkədərə k.

     123. Cabbarov Əhliman Muğdad oğlu                             1974      Qızılağac k.

     124. Cavadov Zəfər Əliheseyn oğlu                                 1974      Boradigah q.

      125. Şiriyev Bəxtiyar Qurbanəli oğlu                              1973      Boradigah q.

     126. Şıxəliyev Elşən Nadir oğlu                                        1973      Mollaoba k.

     127. Şirəliyev Raci Qafil oğlu                                           1975      Səmidxan  k.

     128. Şükürov Faiq Xubəli oğlu                                         1973       Lürən k.

     129. Əliyev İlqar Hidayət oğlu                                          1973        Boradigah q.

     130. İsmayılov Vasif Süleyman oğlu                               1974       Tüklə k.

     131. Mehdiyev Yaşar Ramazan oğlu                                                  Masallı. Digah

     132. Həşimov Qabil Mirzə oğlu                                         1974      Tüklə k.

     133. Xudaverdiyev Taleh Yusif                                         1974      Masallı.Təklə

     134. Eyvazov Elşən Gülağa oğlu                                      1973      Sərçuvar k.

     135. Cabbarov Əlifağa Əliağa oğlu                                   1974      Yeddioymaq 

     136. Eyvazov Cəmil İsmayıl oğlu                                      1974      Yeyənkənd

     137. Məlikov Amil Əliheydər oğlu                                     1967      Hacıtəpə k.

     138. Rəhimov Coşqun Hakim oğlu                                   1973      Musakücə k.

     139. Gənciyev Bəxtiyar Gənci oğlu                                  1973       Bədəlan k.

     140. Hüseynov Telman Mirzə oğlu                                   1973       Şıxlar k.

     141. Teymurov Nəbi Yavər oğlu                                       1974       Ərkivan q.

     142. Əliyev Əliqəmə Fəzzal oğlu                                       1975       Sığdaş k.

     143. Məmmədov Anar Cavad oğlu                                    1972       Türkoba k.

     144. Tağıyev Naib Təyyar oğlu                                          1965       Kolatan k.

     145. Ələsgərov Zaur Əsgər oğlu                                       1975       Xırmandalı

     146. Abbasov Zakir Vəliəhəd oğlu                                    1975       Bədəlan k.

     147. Qasımov Əbil Yusif oğlu                                            1972      Kolatan k.

     148. Gözəlov Güləsgər Qafur oğlu                                    1966      Ərkivan q.

     149. Əliyev Vüqar Hidayət oğlu                                         1973       Hişkədərə k

    150.Firdovsi Bağırzadə                                                  1996 Yardımlı  Bərcan k.

    151.Nurlan Bayram oğlu Əsgərov                               1995  Masallı  Kalinovka k.

   152.Aqil Məlikov                                                       1990 Masallı Böyük Xocavar k .