Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Azərbaycanlıların soyqırımı
13 Oktyabr , 2015

  1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.

       1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.

 

31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900  nəfər isə amansızcasına qetlə yetirildi.Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən.