Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
9 Oktyabr , 2015

     Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.“Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

 Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq “quruculuğunun” elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran “qaynar mərhələyə” keçirdilər.1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: “İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi”. Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, “özünün uzun iş gününün 80 faizini” bu problemin həllinə ayırırdı.1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.

  1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən “Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

  ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər”.1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində “ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi” problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”.Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.

                           İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

                   AĞDAM

 İşğal olunmuşdur 1993 – cü il 23 iyul 

Ərazisi 1154 km2 Əhalinin sayı 158000
Şəhid olmuşdur 538. Əlil olmuşdur 587

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti 48
  • Mədəni – məişət obyekti 598
  • Qəsəbə və kənd 122
  • Tarixi abidə 27
  • Dövlət dram teatrı

   Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur .1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur.Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir.Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid və s. var.

                                CƏBRAYIL

  İşğal olunmuşdur 1993 – cü il 23 avqust

Ərazisi 1050 km2 Əhalinin sayı 52049
Şəhid olmuşdur 347. Əlil olmuşdur 172

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Mədəni – məişət obyekti 197
  • Qəsəbə və kənd 90

  Tarixi abidə 27 Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi.Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.

                                                 FİZULİ

 İşğal olunmuşdur 1993 – cü il 23 avqust

Ərazisi 1112 km2 Əhalinin sayı 95940
Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Mədəni – məişət obyekti 145
  • Qəsəbə və kənd 54
  • Tarixi abidə 15

  Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km2, əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir.Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan turac, qırqovul, göyərçin və s. var.Orta sıxlıq 1 km2-də 58 nəfərdir.Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir.Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz varidi. Rayonda su anbarları yaradılmış, suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur.Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi.Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır.

                                      KƏLBƏCƏR

 şğal olunmuşdur 1993-cü il 2 aprel

 Ərazisi 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur 217. Əlil olmuşdur 49
Milli qəhrəmanlar 2

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

Sənaye və tikinti obyekti 29

  • Mədəni – məişət obyekti 134
  • Qəsəbə və kənd 132
  • Tarixi abidə 87
  • Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi.Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır.Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü3724 molan Gamış dağları və3616 molan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları - Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən çıxır (1965 ilədək "Qızıl maldar"adı ilə nəşir olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var.

  Kəlbəjər -Qubadlı iqtisadi rayonu. Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır.Jənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.

                                                 QUBADLI

 İşğal olunmuşdur 1993-cü il 31 avqust

Ərazisi 826 km2 Əhalinin sayı 33800
Şəhid olmuşdur 232 Əlil olmuşdur 146

Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:

  • Mədəni-məişət obyekti 205
  • Qəsəbə və kənd 94
  • Tarixi abidə 12

Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı Qubadlının.13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı.850 hektar çoxillik əkmələr sahəsi mövcud idi ki, bunun da114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol,tikinti və s. altında qalan torpaqlar idi.13,2 min hektar təbii meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı.Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir.31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu.Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı.Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən qarət olunmuşdur :

Taxıl məhsulu -7352 ton

  • Tütün məhsulu - 1556 ton
  • Bostan məhsulu - 80 ton
  • Kartof - 104 ton
  • Çuğundur - 30 ton
  • Yem məhsulları - 6670 ton
  • İribuynuzlu mal-qara - 7160 baş
  • Xırda buynuzlu davar - 27231 baş
  • Traktorlar - 234 ədəd
  • Avtomaşınlar - 100 ədəd
  • Taxılyığan kombaynlar - 62 ədəd
  • Süfrə üzüm şərabı xammalı - 130 min dekalitr
  • Barama məhsulu - 14,4 ton

  Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və ehtiyat hissələri, neft məhsulları da buraya daxildir.4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır.

 Qubadlı  rayonunun  təbiəti

Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı-1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı -1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

 Kəlbəjər -Qubadlı iqtisadi rayonu

Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir

                                                                                       LAÇIN

 İşğal olunğuşdur 1992 – ci il 18 may 

Ərazisi 1875 km2 Əhalinin sayı 60000
Şəhid olmuşdur 259 Əlil olmuşdur 225
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:

  • Mədəni – məişət obyekti 575
  • Qəsəbə və kənd 26
  • Şəhər, qəsəbə və kənd 10
  • Tarixi abidə 12

 Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir.

Təbiət. 

Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda 10-220C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək meşəliçəmənliklərdən,enliyarpaqlı dağ meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var.

Əhali . Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir.

Təsərrüfatı.

 İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir.

Mədəni quruculuq və səhiyyə.

 Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me'marlıq abidələrindən Hocaz k-də mağara - mə'bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi var idi.

                      ŞUŞA

 İşğal olunmuşdur 1992 - ci il 8 may

Ərazisi 289 km2 Əhalinin sayı 24900
Şəhid olmuşdur 193 Əlil olmuşdur 102

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:

  • Sənaye və tikinti obyekti 27
  • Mədəni – məişət obyekti 103
  • Şəhər, qəsəbə və kənd 31
  • Tarixi abidə və muzeylər 249
  • Tarixi abidə 17

Şuşa qəzası

   Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846  ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi.  Qəzada məhkəmə yaradılmışdı.  Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

Şuşa rayonu

1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.

Təbiəti.

Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm. Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə  qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.Əhali.Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. , Malıbəyli və Daşaltı kəndləridir.

Təsərrüfat.

  Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar0,1 ha– dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir.

            Xocalı

İşğal olunmuşdur 1992-cü il 26 fevral
Ərazisi 970 km2 Əhalinin sayı 11567
Şəhid olmuşdur 613. Əlil olmuşdur 657

Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti 29
  • Mədəni - məişət obyekti 80

  Xoçalı faciyısi Azərbaycan xalqının öz torpaqları uğrunda ermıni işğalçılarına qarşı mübarizısində  bir sox faciələr olmuşdur (1905, 1918-20 və 1988-1993- ci illərdə). Bunlardan ən qanlılarından biri də - Xocalıdır.Xocalı-azərbaycan kəndi olub Ağdam- Şuşa, Xankəndi- Əsgaran yollarındastrateci əhəmiyyətə malik idi həm də Qarabağda yeganə aeroport idi.Axır vaxtlar buraya Fərqanədən türk-məsxəti, ermənistandansa azərbaycanlı qaçqınları yerləşdirilmişdi. Bundan sonra o şəhər statusunu almışdı. 1992-ci ilin fevralında Xocalı 3 bir tərəfdən erməni terrorçuları, və keçmiş Sovet Ordusunun  366-cı motoatıcı dviziyası vasitəsilə mühasirəyə alınmışdı.25 fevralın axşamında şəhərin  artillerik silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəhər büsbütün alov içərisində idi. Döyüşçülərimiz əhali ilə birlikdə gecə saat 2-yə kimi bacardıqları kimi döyüşmüş, sonra isə geri çəkilmişlər.