Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Rayon haqqında
9 Oktyabr , 2015

Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur.

   Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədi ilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə etmişlər. Bunlardan “Dəştvənd” oteli Masallı rayon Ərkivan qəsəbəsində yerləşir. Otelin bütün otaqları Avropa üslubunda təmir edilmişdir. Oteldə konfrans-zal,restoran və bar,sauna,süni göldə qayıq sürmə və hovuz,mini zoopark,5 yeni müasir kotec,müasir standartlara cavab verən sadə idman qurğuları var. “Nağıl dünyası” rayonun Qəriblər kəndi ərazisində yerləşir. “İsti su” sanatoriyası Talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələri hesabına,tərkibinə görə sonsuzluq,dəri-zöhrəvi,yel xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar,gəzintilər,kafe,bar,restoran,park,sadə idman qurğuları,ticarət və iaşə meydançaları var.

   “Zirvə”,”Qaya”,”Beş qardaş”,”Yanar dağ”,”Turist”,”Nil bağı” Talış meşələrində yerləşir. Ümumiyyətlə, Talış meşələrində 31 turizm-istirahət obyektləri fəaliyyət göstərir.

   Rayon mərkəzində sadə idman qurğuları,Anatoli Banişevski adına futbol stadionu fəaliyyət göstərir. Rayonda turizmin və idmanın inkişaf perspektivlərini nəzərə alan möhtərəm prezidentimiz İlham Əliyevin göstərişi ilə 2004-cü ildə müasir tipli Olimpiya kompleksinin tikintisinə başlanmış və 2007-ci ildə rayon sakinlərinin istifadəsinə verilmişdir. Turist mərkəzlərində qonaqların mənalı istirahəti,müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılıb. Qoruqlar,respublikanın ən böyük və ən zəngin qoruqlarından biri olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşir. Qoruqda adları “Qırmızı kitab”a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) qorunur. Tarixi və memarlıq abidələr,Boradigah Cümə Məscidi (1853-1854), Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya,etnoqrafiya,numizmatika,arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan,Hişkədərə,Boradigah,Tatyan,Hacıtəpə,Şəhriyar,Xırmandalı,

Mahmudavar,Banbaşı,Çaxırlı,Ərəb,Qızılağac,Qəriblər,Öncəqala,Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər,qala kurqanı,türbə, məqbərə yerləri aşkar edilmişdir. Bu ərazilərdən tunc,dəmir,antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) tarix-diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. Masallı ərazisi 168 qədim,sirli abidələr.qalalar,saraylar,ziyarətgahlar,hamamlar,bulaqlar məskənidir.

   Bunlardan 51-i tarix və memarlıq,70-i arxeoloji,qalanları isə XX əsr abidələridir.

  

XlV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım Türbəsi;

lll-lV əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri. Arxeoloji abidə;

lX-X əsrlərə aid “Ərkivan qalası”;

Orta əsrlərə aid Qarğalıq kəndi ərazisində Şəhriyar yaşayış yeri;

XlX əsrə aid Masallı şəhər Cümə məscidi;

XlX əsrə aid Boradigah məscidi;

XlX əsrə aid Qızılavar məscidi;

XlX əsrə aid Masallı şəhərində hamam;

XlX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;

XlX əsrə aid Ərkivan kəndində Mehdi bulağı;

XlX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı;

XVl əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;

XlX əsrə aid Şıxlar,Qodman,Mahmudavar,Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;

Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə,Qoşatəpə,Allahqulutəpə və Mirzətəpə kurqanları;

Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə,İstiottəpə,Alıtəpə kurqanları;

XXl əsrə aid Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;

Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;

Orta əsrlərə aid Ninalov kəndində Səhhət qalası;

XX əsrə aid Ərkivan kəndində Şəhsəfi bulağı;

XlX əsrə aid Şərəfə məscidi və hamamı;

Tunc dövrünə aid Şərəfə kurqanı