Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
18 Yanvar , 2023
Yanvarın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar-Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb.
Sonra məruzə ilə çıxış edən kitabxana əməkdaşı Həbibə Hüseynova qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Azərbaycan xalqı bu mübarizədə qəhrəmanlıq göstərmiş oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman uca tutur.
Foto Qalereya