Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
13 Yanvar , 2022
Yanvarın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verilməsi günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə çıxış edən kitabxana əməkdaşı Arif İbrahimov bildirib ki, Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməyə başlanılması böyük tarixi əhəmiyyət kəsb edir. Sovet dövründə, həmçinin ölkəmizin müstəqilliyinin ilk illərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin kiril əlifbası ilə çap olunmuş qiymətli nümünələrinin latın qrafikası ilə yenidən nəşr olunması ədəbiyyatın inkişafına təkan verən mühüm addım oldu. Sonra kitabxana əməkdaşı Nahidə Fərəcova çıxış edərək bildirib ki, 2004-cü il 12 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamı əsasında görülən tədbirlər milli varlığın rəmzi sayılan ana dilinə dövlət qayğısını artırdı,ədəbiyyat, mədəniyyət və elmin yüksəlişinə səbəb oldu.
Foto Qalereya