Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
17 Sentyabr , 2021
                                       Zəfərə gedən yol !
   27 sentyabr -Qırx dörd gün davam edən Vətən müharibəsi, hər bir azərbaycanlıya həyəcan dolu qürurverici təəsüratlar, xoşbəxt anlar bəxş etdi. Məğrur və igid əsgərlərimizin döyüş meydanında göstərdikləri yenilməz şücaət, qəhrəmanlq nümunələri Milli hərb tariximizə, eləcə də xalqımızın yaddaşına Azərbaycan əsgərinin XXI əsrin döyüş salnaməsi kimi həkk olundu.
Vətən müharibəsi başladığı ilk anlardan Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin qələbə əzminə, nikbin əhval-ruhiyyəyə malik olması hər kəsdə, hətta cəbhədə düşmənlə qarşı-qarşıya döyüşən və hər an şəhid olmağa hazır olan əsgərlərimizdə böyük ruh yüksəkliyi, qələbəyə inam yaradırdı. Düşmən qüvvələrinin müqavimətini qırıb, igid əsgərlərimizin irəliyə doğru atdıqları hər addım, dəf olunan istehkamlar gecəli-gündüzlü nəzarətdə olmaqla, hər bir yüksəkliyin, kəndin, rayonun, şəhərin azad edilməsini televiziya ekranları vasitəsilə canlı yayımda məhz Ali Baş Komandanın özü tərəfindən hər kəsin qəlbini oxşayan səmimi ifadələrlə xalqımıza elan etməsi hər bir azərbaycanlının, otuz il ərzində qəlbində yaşatdığı niskilli hisslərini əbədi xoşbəxtlik duyğularla əvəz edir, bütün dünya azərbaycanlılarının ümummilli bayramına çevrilirək xüsusi təntənə ilə qeyd olunurdu.