Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS

Yeni kitablar
Bülbül (Murtuza Rza oğlu Məmmədov): biblioqrafiya /tərt. ed.: M.Vəliyeva, M.İbrahimova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2017.- 344 s.
2 İyul , 2019
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi biblioqrafiya Azərbaycan professional vokal məktəbinin banisi, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Bülbülə həsr edilmişdir. Göstəricidə müğənninin tərtib etdiyi musiqi əsərləri, məqalələri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material, səsyazıları, xarici dillərdə olan ədəbiyyat və Memorial muzeyində saxlanılan arxiv sənədləri də toplanmışdır. Kitab sənətşünaslar, musiqi tədqiqatçıları, musiqi məktəblərinin müəllim, tələbə və şagirdləri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 476 19 4
Faylı yuklə