Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS

Ən çox oxunan kitablar
Elxan Elatlı – Seçilmiş Cəza.
11 Fevral , 2019
  Artıq bir ilə yaxındır ki, Elxan Elatlıdan yeni bir şey oxumamışdım.. 2013-cü il üçün ilk detektiv əsər seçimim “Seçilmiş Cəza” oldu. Uzun zamandır məni bu qədər sarsıdan bir kitab oxumurdum. Sirlərlə, müəmmalı hadisələrlə dolu bir kitab.. Müəllifin məntiqini, yaradıcılıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirdiyi bir əsər.. Oxucuda şok təsiri yaratmağa qadir kitablarından biri oldu mənim üçün “Seçilmiş Cəza”.
Sadə ailə mövzusu ilə başlayan sonda isə içindən çıxılmaz bir vəziyyət alan bu gözəl əsər uzun müddət təsirindən çıxa bilməyəcəyiniz bir kitabdır. Hadisələr elə qurulub, elə incə-incə işlənib hazırlanıb ki, son səhifələrə qədər intizarda saxlayır oxucunu. Müəllifin hər yeni kitabını oxuduqca "Azərbaycanın ən gözəl detektiv müəllifləri" haqqında düşündüyüm zaman ağlıma gələn ilk isimin Elxan Elatlı olması daha da möhkəmlənir.
Oxuyarkən əsərin əvvəlində qatilin kim olduğuna dair qəti bir variantımın olması məni sevindirdi. “Bir az da olsa, Qanbay Qasımlı kimi düşünməyə başlamışam”- dedim. Amma sonda qatilin tamamilə başqa birisi olduğunu görəndə “Yox.. Mən bütün kitabları oxusam belə Qanbay Qasımlıya çata bilmərəm..” deyə düşündüm.. Çook çalışmam gerek çook :)
Kitabda ailə, sevgi, güvən, dostluq, yalan, ədalət, ilk məhəbbət, peşmanlıq, fərqli seçimlər – bir sözlə, hər şeyə rast gələcəksiniz. Istər – istəməz qəhrəmanların yerində olduğunuzu düşünüb necə addım atacağınızı götür-qoy edəcəksiniz. Maraqla, həvəslə, səbirsizliklə oxuyub, əlinizdən qoymağı düşünməyəcəyiniz bir kitab olacağına əmin ola bilərsiniz.
Oxuyarkən bunları düşündüm:
Faylı yuklə